• Əsgərə Məktub!

    "ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" proqramı çərçivəsində könüllülərimiz və xidmət almağa gələn vətəndaşlarımız igid əsgərlərimizə öz məktublarını ünvanlayıblar.

    “ASAN Könüllüləri” Təşkilatı tariximizin qürur səhifəsi olan Aprel döyüşlərindən etibarən “Əsgərə Məktub” proqramına start verdi. Proqramın məqsədi Azərbaycan əsgərində ruh yüksəkliyini artırmaq, onlara mənəvi dəstək olmaq, əsgərlərimizə var gücümüzlə hər zaman döyüşə hazır olduğumuzu bildirməkdir. 

    Xalqımızın birliyini simvolizə edən, vətəndaşlarımız tərəfindən yazılan bütün məktublar toplanaraq cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır. "ASAN xidmət" mərkəzlərində ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq hər bir Azərbaycan vətəndaşı əsgərlərimizə məktub yaza bilər.

    Proqram çərçivəsində indiyənədək 90 000-dən çox məktub  müxtəlif bölgələrdə vətənin keşiyini çəkən əsgərlərimizə çatdırılmışdır. 

    Ətraflı

Əsgərə Məktub yaz

Şəhidlərimiz

Tərəfdaşlarımız