Əsgərə Məktub yaz

Əsgərə Məktublar

Əsgərə məktub!
Salam Azerbaycanin igid əsgəri seni semimi qelbden salamlayiram umidvaram ki yaxsisan 😍♥️ her zaman ýaxsi olasan inşallah Allah sizin yar ve yardımcınız olsun. Biz her zaman sizin yanınızdayiq.her zamanda olacayq biz sizleri sevirik her zaman ureyimizdesiz dualarimiz sizinledi. Sevgilerle sebine☺️❤️🇦🇿
Ətraflı
Əsgərə məktub!
Salam Əsgər!Mənim adım Xatun Məmmədovadır.Əminəm ki,əlasan.Çünki vətən uğrunda dayanan Əsgər necə olmalıdır ki ? Sən ailəndən ayrılıb vətənə xidmət etməyə gəlmisən.Yağış,qar,isti səni qətiyən yormasın.Sən vətəni qoruduğun kimi vətəndə də səni qoruyur.Əsgərlərə salam de.Sən ailəndən nigaran qalma.Çünki vətəni qoruya bilməyən əsgər ailəsini də qoruya bilməz. Biz sizinlə fəxr edirik çünki bizim arzumuzu həyata keçirmisiz.Torpaqlarımızı işğaldan azad etdiyinə görə bütün əsgərlərə təşəkkür edirəm.Vətən sizinlə fəxr edir!
Ətraflı
Əsgərə məktub!
Salam əsgər! Necə olduğunu soruşmayacam, əminəm ki, yaxşısan! Vətənin keşiyində dayanan şəxsin əhvali-ruhiyəsi başqa cür ola da bilməz. Sizin sayənizdə biz əlayıq !.Bizi qarabağlı edən əsgərlərə nə qədər təşəkkür etsəmdə azdı. Allah sizləri qorusun. Siz bu məktubu oxuyub cavab yazsanın sanki qarabağ yenidən azad olundu. Hər gecə yatmazdan öncə sizlərə çoxlu dualar edirdim deyirdimki Allah mənim canımı al əsgərlərimizə can payı ver. Nə isə Qarabağ bizimdir Qarabağ Azərbaycandır!!!
Ətraflı
Əsgərə məktub!
Salam Vətənimizin qüruru! Bu məktubu sizə tam rahat və arxayın yazıram. Bu rahatlığın, arxayınlığın səbəbkarı sizlərsiniz. Azərbaycan xalqının göz bəbəyi. Sizlər bizim qürur mənbəyisiniz. Yaşasın Azərbaycan əsgəri! Siz Vətəni, ailənizi bizi qoruyursunuz Biz sizə güvənir, inanırıq. Siz tarix yazirsiniz mən çox şadam ki bu tarixi biz canlı olaraq yaşayırıq Bəzi Torpaqlarımızz işğaldan azad olunduğunu eşitdikdə mən çox sevinerek duygulandim Düşmən bağrına sancılan ən mükəmməl silah sizin cəsarətinizdi, Vətən sevginizdi. Mən sizlərin bu təmənnasız fədakarlığı qarşısında ehtiramla baş əyirəm.Sizlər bəzən soyuq, şaxtalı, bəzən də qızmar istidə səngərlərdə Vətən sevgisi, torpaq məhəbbətilə mətin dayanırsınız.Bu gün mən sizlərə yalnız rahat gecələrimizə, sevincli gündüzlərimizə görə deyil, həm də müstəqilliyimizi dünyaya car çəkən üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırdığınıza görə də minnətdaram Havva.zeinal
Ətraflı
Əsgərə məktub!
Salam olsun bizə görə, torpağa görə, vətənə görə canından keçməyə hazır olan igid əsgərlərimizə. Bütün Azərbaycan xalqı sizinlə qürür duyur. Sona qədər sizin yanınızdayıq. Hər gün qələbə xəbərləriniz bizə gəlib çatır. Biz bu xəbərləri eşidib qürür hissi, sevinc hissi keçiririk. İnşallah qələbə xəbərləriniz daimi və bol olsun. Əziz və mehriban əsgərim yəqin ki, orada ailən və dostların üçün çox darıxırsan amma ki, vətənə olan sevgin sənə güc iradə verir. Vətən sizi sevir . Bütün şəhidlərimizə Allah rəhmət etsin qalanlarının qoluna qüvvət versin ki, yeni yeni şad xəbərlər eşidə bilək. Bir yerdə eşitmişdim ki, Əsgərlər ölmürlər ŞƏHİD olurlar. Onların qanını yerdə qoymadığınıza görə minnətdaram. Çox sağ ol mehriban və qorxmaz əsgərim özünü qoru . Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!
Ətraflı
Əsgərə məktub!
Salam,Azərbaycan əsgəri.Salam,bu tarixi missiyanı şərəflə yerinə yetirən igid əsgər.Dəfələrlə sizə məktub yazmağıma baxmayaraq,bugündə yazmaq istədim.Çünki bugün,Şuşanın azad edilməsi xəbərini eşitdik.Bir bilsəniz,xalq bu xəbəri eşidəndə necə uşaq kimi sevinib,ağlayır.Xalqın ən böyük arzusunu yerinə yetirir,tarix yazırsınız.Bunu məhz siz edirsiniz.Bu xalqın ən böyük qəhrəmanları sizsiniz. Biz sizinlə daim qürur duyur və fəxr edirik.Qarabağımızı bizə qaytaran Əsgərlərimiz,bəlkə də heç vaxt adlarınızı bilməyəcək,sizi tanımayacağıq.Ancaq siz bizim yenədə Qəhrəmanlarımız olaraq qalacaqsınız.Var olsun Azərbaycan əsgəri
Ətraflı