Xəbərlər

5.jpg

ASAN könüllülərinin "Əsgərə məktub" layihəsi davam edir

ASAN könüllülərinin "Əsgərə məktub" layihəsi davam edir

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində şanlı Aprel döyüşlərinin 7-ci ildönümü ilə əlaqədar tədbir baş tutub.

Tədbir Ağcabədi şəhərindəki hərbi hissələrin birində keçirilib.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həmçinin “Əsgərə Məktub” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərində vətəndaşlarımız tərəfindən yazılmış məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanan kitablar əsgərlərə təhvil verilib.

Vətən Müharibəsi Qəhrəmanı, şəhidimiz mayor Anar Şükürovun oğlu, ASAN könüllüsü Ümid Şükürlü qəhrəman atası və ordumuz ilə bağlı təəssüratlarını əsgərlərimizlə bölüşüb.

Sonra “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun üzvlərinin vətənpərvərlik ruhunda ifaları səsləndirilib.

Sonda hərbi hissə ərazisinə ekskursiya baş tutub.


Ətraflı

339166261_149807431086911_574847967945540041_n.jpg

"Əsgərə Məktub" layihəsi 7 yaşında!


"ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində bu günə qədər 150 mindən çox məktub ölkənin dörd bir yanında xidmət göstərən igid əsgərlərimizə çatdırılıb.

Layihə çərçivəsində gənclərdə vətənpərvərlik ideologiyasının yüksəlməsi və inkişafı üçün "Əsgərə Kitab" aksiyası, qazilərlə görüşlər, "Döyüş Xatirələri", "İgidlərimizi Tanıyaq" rubrikaları və bir çox layihələr həyata keçirilib, şəhid ailələri ziyarət olunub.
"Əsgərə Kitab" aksiyası çərçivəsində vətəndaşlarımız tərəfindən toplanmış 500-dən çox kitab müxtəlif bölgələrdə xidmət göstərən cəsur əsgərlərimizə çatdırılıb.
Qazilərimizin döyüş yolu və qəhrəmanlıqları ilə tanış olmaları məqsədilə, ümumilikdə müxtəlif bölgələrdən olan onlarla qazinin iştirakı ilə görüşlər baş tutub.
ASAN Könüllüləri tərəfindən mütəmadi olaraq vətənimiz uğrunda qəhrəmancasına şəhid olanların məzarları həmçinin onların ailə üzvləri ziyarət olunur, onlara mənəvi dəstək göstərilir. Ziyarət zamanı könüllülərimiz tərəfindən hazırlanan şəhidlərimizin portretləri ailələrinə təqdim olunur. Ümumilikdə minlərlə şəhid ailəsinə ziyarət olunub.
İgid əsgərlərimizdə ruh yüksəkliyini artırmaq, onlara mənəvi dəstək olmaq məqsədi ilə başladılan bu layihə 7 ildir ki, fəaliyyətini müxtəlif istiqamətlərdə davam etdirir.


Ətraflı

ap.jpg

Şanlı Aprel döyüşlərindən 7 il ötür!

.


Ətraflı

1.jpg

Sabirabad regional "ASAN xidmət" mərkəzinin könüllülərinin təşkilatçılığı ilə "Əsgərə Məktub" layihəsi həyata keçirilib.

Azərbaycan Ordusunun Laçın şəhərini, eləcə də Zabux və Sus kəndlərini nəzarətə götürməsi münasibətilə Sabirabad regional "ASAN xidmət" mərkəzinin könüllülərinin təşkilatçılığı ilə "Əsgərə Məktub" layihəsi həyata keçirilib.

"Əsgərə Məktub" layihəsi vasitəsilə həm mərkəz könüllüləri, həm də mərkəzə xidmətlə bağlı müraciət edən vətəndaşlar qələbəni bizə yaşadan qəhrəman əsgərlərimizə öz ürək sözlərini ünvanlayıblar.


Ətraflı

1.jpg

Vətən müharibəsi şəhidlərinin ailələrinə ziyarət olunub.

"ASAN Könüllüləri" Təşkilatının "Əsgərə Məktub" layihəsi çərçivəsində 1 saylı Bakı "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə şəhid Aqşin Novruzovun evi ziyarət edilib.

Ziyarət zamanı şəhidimizin anası "Əsgərə Məktub" yazaraq öz ürək sözlərini cəsarətlə torpaqlarımızı qoruyan igid əsgərlərimizə ünvanlayıb.

Qeyd edək ki, şəhid Aqşin Novruzov oktyabrın 13-də Zəngilan rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Vəfatından sonra "Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Aqşin və onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!


Ətraflı

1.jpg

5 Avqust - Azərbaycan Hərbi Donanması Günü

"ASAN Könüllüləri" Təşkilatının 5 saylı Bakı "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə 5 Avqust - Azərbaycan Hərbi Donanması Günü ilə əlaqədar Hərbi Qənimətlər parkına ekskursiya baş tutub.


Ətraflı