Layihərimiz

35-Əsgərə Məktub.jpg

Əsgərə Məktub

“ASAN Könüllüləri” Təşkilatı tariximizin qürur səhifəsi olan Aprel döyüşlərindən etibarən “Əsgərə Məktub” layihəsinə start verdi. Layihənin məqsədi Azərbaycan əsgərində ruh yüksəkliyini artırmaq, onlara mənəvi dəstək olmaq, əsgərlərimizə var gücümüzlə hər zaman döyüşə hazır olduğumuzu bildirməkdir. 

Xalqımızın birliyini simvolizə edən, vətəndaşlarımız tərəfiindən yazılan bütün məktublar toplanaraq cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır. "ASAN xidmət" mərkəzlərində ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq hər bir Azərbaycan vətəndaşı əsgərlərimizə məktub yaza bilər.

Layihə çərçivəsində indiyənə dək 90 000-dən çox məktub  müxtəlif bölgələrdə vətənin keşiyini çəkən əsgərlərimizə çatdırılmışdır. 

ASAN könüllüləri olaraq bu təşəbbüsün ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töfhə olacağına inanırıq. 

 

Ətraflı
igid 1.jpg

İgidlərimizi tanıyaq!

“ASAN Könüllüləri” Təşkilatı “Əsgərə Məktub” layihəsi çərçivəsində “İgidlərimizi tanıyaq!” rubrikasına start vermişdir.

“İgidlərimizi tanıyaq!” rubrikasının əsas məqsədi vətənpərvərlik ideologiyasının böyüməkdə və inkişaf etməkdə olan gənclik arasında düzgün istiqamətdə təbliğatının aparılmasından ibarətdir.

Rubrika çərçivəsində mütəmadi olaraq “ASAN Könüllüləri” Təşkilatının sosial şəbəkə profillərində paylaşımlar olunur.

Gənclərin bu paylaşımlarda ölkəmizin milli qəhrəmanlarını, şəhidlərimizi, qazilərimizi yaxından tanıya bilər, onlar haqqında məlumat əldə edə bilərlər.

Ətraflı
AF6O7447-min.jpg

Döyüş Xatirələri

“ASAN Könüllüləri” Təşkilatı “Əsgərə Məktub” layihəsi çərçivəsində “Döyüş Xatirələri” rubrikasına start vermişdir. 

“Döyüş Xatirələri” layihəsinin əsas məqsədi gənclərin vətənpərlik ruhunda tərbiyə olunmasını stimullaşdırmaq, vətənpərvərlik ideologiyasının böyüməkdə və inkişaf etməkdə olan gənclik arasında düzgün istiqamətdə təbliğatının aparılmasından ibarətdir.

Rubrika çərçivəsində qazilərimizlə gənclərin görüşləri təşkil olunur. 

Görüş zamanı qazilərimiz öz döyüş xatirələrini gənclərlə bölüşür və onlara tövsiyyələrini verirlər. 

Eyni zamanda gənclərin onlara ünvanladığı sualları cavablandırırlar.

Ətraflı
IMG_3167.JPG

Əsgərə Kitab

Hər bir insanın ədəbi-estetik, elmi-mədəni fikir dünyasının formalaşmasında rol oynayan ən mühüm amillərdən biri kitablardır. 

Azərbaycan əsgərinin informasiya ehtiyacının ödənilməsinə, həm də kitaba olan marağının artmasına şərait yaratmaq məqsədi ilə “ASAN Könüllüləri” Təşkilatı “Əsgərə Kitab” layihəsinə başlamışdır. 

Könüllülərimiz tərəfindən başladılan bu layihə xalqımız tərəfindən rəğbətlə qarşılanmışdır. Qeyd edək ki, layihə çərçivəsində vətəndaşlarımızdan toplanmış yüzlərlə kitab müxtəlif bölgələrdə xidmət göstərən əsgərlərimizə çatdırılmışdır. 

 

Ətraflı
AF6O6689-min.jpg

Hərbiyyə

“Hərbiyyə” gənc nəslin hərbi-vətənpərvərlik hislərinin gücləndirilməsi istiqamətində təşkil olunan düşərgədir. “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi müxtəlif bölgələrdə keçirilmişdir.

20 iyul 2018-ci il Qəbələ şəhərində “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Sİlahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi keçirilmişdir. Düşərgənin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də AXC tərəfindən ordu quruculuğu istiqamətində ilk qərarlardan olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılması ilə bağlı iştirakçıları maarifləndirməkdir. Könüllülər eyni zamanda Azərbaycan generallarının həyatı və onların ordu quruculuğundakı xidmətləri, ordu quruculuğu siyasətinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlandırılıblar.

26 avqust 2019-cu il tarixində Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağında “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi keçirilmişdir, layihə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi,  "ASAN Könüllüləri" Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

5 sentyabr 2019-cu il tarixində Beyləqan hərbi birliyində “Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. Düşərgə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb. Bakı şəhərinin işğaldan azad olunmasının 101 illiyinə həsr edilmiş “Hərbiyyə 101” hərbi vətənpərvərlik düşərgəsi 5-10 sentyabr tarixini əhatə edib. Düşərgə müddətində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak ediblər. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunub.

Hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca 5-ci hərbi vətənpərvərlik düşərgəsi “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsidir. Düşərgə “ASAN xidmət”, Dövlət Sərhəd Xidməti və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır. Həmçinin iştirakçılar dənizə çıxış, atış poliqonuna hərəkət, poliqonda yarışların keçirilməsi, rabitə danışıqları üzrə məlumatın kodlaşdırılması və deşifrə edilməsi, dəniz düyünlərinin bağlanması, “Valiant” tipli qayıqlarla müəyyən məsafədə estafetin keçirilməsi, Simulyator vasitəsi ilə artilleriya atışının, 23-mm-lik “TAYFUN” silahından atışın icra edilməsi və digər hərbi hazırlıqlarda iştirak ediblər. Gənc könüllülərin iştirakı ilə sıra meydanında yarışın təşkili və Sahil Mühafizəsinin Heydər Əliyev adına İdeoloji Mərkəzi, Klubu, Tədris Mərkəzi və muzeyinə ekskursiyaların təşkil olunub.

 

Ətraflı
0P2A0042.JPG

Vətənpərvərlik mövzusunda tamaşalar

"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən tamaşalar könüllülər öz aktyorluq qabiliyyətlərini kəşf edir, onları nümayiş etdirməyə şərait qazanır. Könüllülərimiz tərəfindən müxtəlif mövzularda tamaşalar səhnələşdirilmişdir ki, bunlar arasında hərbi-vətənpərvərlik mövzusunda səhnələşdirilmiş tamaşalar xüsusi yer tutur. Bunlara nümunə olaraq İmişli "ASAN həyat" kompleksində Xocalı faciəsinə həsr olunmuş "26 fevral Xocalı Susdu" kompozisiyasını, Ramiz Novruzun “Hələ sevirəm deməmişdilər” əsərini göstərmək olar.

Ətraflı