logo Əsgərə məktub! logo
Salam olsun bizə görə, torpağa görə, vətənə görə canından keçməyə hazır olan igid əsgərlərimizə. Bütün Azərbaycan xalqı sizinlə qürür duyur. Sona qədər sizin yanınızdayıq. Hər gün qələbə xəbərləriniz bizə gəlib çatır. Biz bu xəbərləri eşidib qürür hissi, sevinc hissi keçiririk. İnşallah qələbə xəbərləriniz daimi və bol olsun. Əziz və mehriban əsgərim yəqin ki, orada ailən və dostların üçün çox darıxırsan amma ki, vətənə olan sevgin sənə güc iradə verir. Vətən sizi sevir . Bütün şəhidlərimizə Allah rəhmət etsin qalanlarının qoluna qüvvət versin ki, yeni yeni şad xəbərlər eşidə bilək. Bir yerdə eşitmişdim ki, Əsgərlər ölmürlər ŞƏHİD olurlar. Onların qanını yerdə qoymadığınıza görə minnətdaram. Çox sağ ol mehriban və qorxmaz əsgərim özünü qoru . Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!