Qubadlı rayonu

Qubadlı

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şəqində yerləşir. Sahəsi 802 kvadrat kilometrdir. Ermənistan Respublikası ilə (120 km) keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonu ilə (45 km), Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir. 

1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir.1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərrəmanı adına layiq görülmüşdür.Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib.