Xocavənd rayonu

Xocavənd

Rayonun ümumi sahəsi 1458 kvkm, əhalisi 41725 nəfərdir. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. Xocavənd toponimi 2 hissədən - Xoca sözündən və vənd komponentindən ibarətdir. Xoca sözü türk dilində "müəllim, öyrətmən" anlamındadır. Vənd komponenti İran dillərində "uşağı, nəsli, törəməsi" mənasını daşıyır.

Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib.